AMEA Şərqşünaslıq İnstitutu ilə Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb.

İnstitutdan SİA-ya verilən məlumata görə, memorandumda tərəflər arasında elm və təhsil sahələrində əməkdaslığın inkisafı, təcrübə və qaynaqların mübadiləsi, birgə elmi proqramların, araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.

Memorandumu Azərbaycan tərəfdən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva, Gürcüstan tərəfdən Batumi Dövlət Universitetinin rektoru, professor Merab Хalvaşi imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə