Heydər Əliyev prospektində sıxlığın səbəbi bilindi

Heydər Əliyev prospektində qəza səbəbindən nəqliyyatın hərəkətində sıxlıq yaranıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospektinin (şəhər mərkəzi istiqamətində əsas yolda) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə