İlham Əliyev: Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir"

Prezident seçkilərindən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbiidir. Bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir. Bu fikirləri Prezident İlham Əliyev aprelin 25-də Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib: “Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olmuşdur. Bir həftə bundan əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşləri başladıq, bu gün davam etdik. Bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi vardır”.

Bütün xəbərlər Facebook səhifəmizdə