“Türk xalqlarının ortaq folkloruna müqayisəli baxış”

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın “Türk xalqlarının ortaq folkloruna müqayisəli baxış” adlı monoqrafiyası işıq üzü görüb. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, yeni nəşrin elmi redaktoru və ön sözün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri professor Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli və filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əsgərovadır.

Monoqrafiyada Azərbaycanın zəngin folklor nümunələri digər türk xalqlarının folklor nümunələri ilə müqayisə olunur. Nəşrdə ortaq dastanlara, atalar sözlərinə, bayatılara, tapmacalara, laylalara, alqış və qarqışlara aid nümunələrin oxşar və fərqli cəhətləri təhlil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə