Ombudsman ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları aprelin 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

SİA xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə