Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanda baş verən siyasi proseslərlə əlaqədar bəyanat yayıb. Müdafiə Nazirliyindən SİA-ya daxil olan bəyanatda bildirilir: “Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir. Gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bəyan edirik ki, qoşunların təmas xəttində düşmənin vəziyyətin kəskinləşməsinə yönələn istənilən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə