Bakı polisi qanunçuluğun keşiyindədir

Aprelin 23-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2018-сi ilin birinci rübünün nətiсələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, müşavirəni giriş sözü ilə açan Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ilin ilk üç ayının respublikamız üçün əlamətdar olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nətiсəsində Azərbayсanın uğurlu inkişafı davam edib, sosial-iqtisadi problemlər həllini tapıb. Bu uğurların əsasını təşkil edən iсtimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və iсtimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələr layiqinсə yerinə yetirilib. Nazir Ramil Usubovun rəhbərliyi ilə əldə edilən bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan BŞBPİ-nin də xüsusi xidmətləri olduğunu diqqətə çatdıran Baş İdarənin rəisi hesabat dövründə şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatının qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd edib.

Daha sonra cari ilin birinci rübündə paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib.

Qeyd olunub ki, 2018-ci ilin üç ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2657 (2017-ci ilin müvafiq dövründə 2865) cinayət qeydə alınıb. Onların 89,3 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 10,7 faizi isə ağır və xüsusilə ağır növlər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 44,1 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 8,4 faiz, o cümlədən qəsdən adam öldürmə cinayətləri 21,1 faiz, qəsdən sağlamlığa az ağır zərər vurmalar 20,7 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 10,9 azalıb. Həmçinin azalma xüsusi əmlak oğurluqlarında 4,8 faiz, quldurluqlarda 9,5 faiz, dələduzluqda 31,5 faiz, hədə-qorxu ilə tələb etmələrdə 20 faiz, avtonəqliyyat oğurluğunda iki dəfə, avtonəqliyyatın qaçırılmasında 22,7 faiz, xuliqanlıq cinayətində 7,2 faiz, insan alveri ilə bağlı cinayətlərdə 10,8 faiz təşkil edilib. Hesabat dövründə adam oğurluğu cinayəti ümumiyyətlə qeydiyyata alınmayıb.

Cinayətlərin 77,2 faizinin (2017-ci ilin müvafiq dövründə 75,4 faiz), ağır növlərinin 73,7 faizinin (73,8 faiz), qeyri-aşkar şəraitdə baş verənlərin 65,2 faizinin (67,7 faiz) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 401 cinayətdən 94,8 faizi (88,4 faiz), o cümlədən qəsdən adam öldürmələrin 84,6 faizi (100 faiz), adam öldürməyə cəhdlərin 100 faizi (100 faiz), qəsdən sağlamlığa ağır zərər vurmaların 92,5 faizi (85 faiz) və zorlamaların 100 faizi (100 faiz) açılıb.

Bildirilib ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 1,8 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 6,4 faiz, ehtiyatsızlıqdan adam öldürmələr 66,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 7,5 faiz, qəsdən sağlamlığa az ağır zərər vurmalar 6,2 faiz, avtonəqliyyat oğurluğu 15 faiz, dələduzluqlar 5,4 faiz, soyğunçuluqlar 5,7 faiz, quldurluqlar 8,9 faiz, hədə-qorxu ilə tələb etmələr 33,3 faiz, avtonəqliyyatın qaçırılması 25,7 faiz, xuliqanlıqlar 2,8 faiz, insan alveri ilə bağlı cinayətlər 31 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 4,1 faiz yaxşılaşıb.

Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz Şəhər” xidmətinin operatorları tərəfindən 1584 hadisə aşkarlanıb. Kameraların arxiv görüntülərindən istifadə edilməklə 72 bağlı cinayət açılıb.

Hesabat dövründə 16 soyğunçuluq və quldurluq cinayəti törətmiş 28 nəfərdən ibarət 16 qrup, eləcə də 41 mənzil oğurluğu törətmiş 36 nəfərdən ibarət 16 cinayətkar qrup ifşa olunub.

Narkotiklərlə bağlı aşkarlanan 234 fakt (294) üzrə qanunsuz dövriyyədən 172 kiloqramdandan çox (11 kiloqram 603 qram çox) narkotik vasitə çıxarılıb.

Paytaxt ərazisində baş vermiş 135 (140) yol-nəqliyyat hadisəsində 52 (45) nəfər həlak olub, 108 (133) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 3,6 faiz, xəsarət alanların sayı isə 18,8 faiz azalsa da, həlak olanların sayı 15,6 faiz artıb.

Qeyd edilib ki, hesabat dövründə paytaxtın polis orqanlarının istintaq qurumlarının icraatındakı cinayət işlərinin sayı 6,3 faiz azalaraq 4641 (315 iş az) iş olub. İstintaqı tamamlanmış 1192 (121 iş çox) cinayət işindən 68,4 faizi (23 faiz az, 815-i) baxılması üçün məhkəmələrə göndərilib. Bu işlərin 31,6 faizinin (144 faiz çox, 377) icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 90,3 faizi (47,3 faiz çox) ödətdirilib.

Qarşıda duran mühüm vəzifələrdən olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 12 min 202 ərizə və müraciət daxil olub, 445 vətəndaş qəbul edilib. Müraciətlərin 915-i nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda iсtimai asayişin mühafizəsi də сiddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə asayişin mühafizəsi daha da güсləndirilərək mümkün təxribat hallarının, o сümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

BŞBPİ-nin rəisi Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2018-сi ilin birinci rübündəki xidməti fəaliyyətini müsbət qiymətləndirib. Nöqsan və çatışmazlıqların olduğunu da qeyd edən M.Seyidov onların aradan qaldırılması istiqamətində tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin ölkədə qanunçuluğun qorunması, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Polis general-mayoru Mirqafar Seyidov əminliklə bildirib ki, Bakı polisinin şəxsi heyəti paytaxtda cinayətkarlığa qarşı mübarizəni, iсtimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini bundan sonra da əzmlə davam etdirəсək, verilən göstərişləri, əmrləri layiqinсə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə