Yavuz Akpınara "İlin alimi" mükafatı təqdim olunub

Bu gün Azərbaycan Mİlli Elmlər Akademiyasının Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun növbətio elmi şurası keçirilib. SİA-nın xəbərinə görə, bu gün keçirilən tədbirdə Azərbaycan Ədəbiyyatının Türkiyədə görkəmli tədqiqatçısı Yavuz Akpınara "İlin alimi" mükafatı təqdim olunub.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, artıq 3 ildir ki, Ədəbiyyat Institutunun əməkdaşlarına səmərəli elmi fəaliyyətinə görə "İlin alimi" mükafatı təqdim olunur: "Bu il isə ilk dəfə olaraq, Türkiyədə Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı, professor Yavuz Akpınara Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun "Ilin alimi " mükafatı təqdim olunub.

I.Həbibbəyli əlavə edib ki, Y.Akpınar hələ əlaqələrin zəif olduğu sovet dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırma aparıb: "Türkiyədə Mirzə Fətəli Axundovun əsərlərini ilk dəfə elmi izahları ilə o təqdim edib. Onun "Azəri ədəbiyyatı" kitabları sistemli araşdırmalar kitabıdır. O, Şimali Azərbaycanda olduğu kimi Cənubi Azərbaycanın da ədəbiyyat proseslərini bu nəşrə daxil edib. Yavuz Akpınar Azərbaycan ədəbiyyatnın ağır yükünü öz üzərinə götürüb.

I.Həbibbəyli bildirib ki, Türkiyədə Azərbaycan ədəbiyyatnın tədqiqi ilə məşğul olan tədqiqqtçıya "Ilin alimi" mükafatının verilməsi həm də iki ölkə arasındakı əlaqələrin gözəl göstəricisidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB