Azərbaycan Turizm Assosiasiyasında yeni kurslar fəaliyyətə başlayacaq

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşkilatçılığı ilə “Baku Guide Service”in tərkibində “Ön Büro” kursları fəaliyyətə başlayacaq. AzTA-dan SİA-ya bildiriblər ki, kursun məqsədi yeni və peşəkar bələdçilərin hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması və bununla da turistlərə daha yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır.

Tədris materialları Azərbaycan və rus dillərində təmin olunacaq. İki ay davam edəcək kurslar ödənişlidir.

Təlimdə iştirak etmək istəyənlər mayın 1-dək müraciət edə bilərlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə