Firuzə İbadova mərhum millət vəkilinə halallıq verdi AÇIQLAMA

İllərdir mərhum millət vəkili Astan Şahverdiyevlə qalmaqal yaşayan əməkdar artist Firuzə İbadova onun ölümünə məyus olduğunu bildirib. SİA-ya açıqlama verən ifaçı mərhumun ailəsinə baş sağlığı verib: " Astan Şahverdiyevin ölüm xəbərini eşidəndə çox pis oldum. Allah o dünyasını versin, günahlarından keçsin. Dünya malı dünyada qalacaq. Amma halallıq çox yaxşı şeydir. Kaş sağlığında məndən halallıq alaydı. Amma yenə də Astan Şahverdiyevə halallıq verirəm. Həyatdır, gərək elə yaşayasan ki, hamı sənə öləndən sonra rəhmət diləsin. Müsəlmanam, ona görə də düşünürəm ki, axirət çox çətin olacaq. Xüsusui olaraq, qeyd edim ki, heç kimin mal-mülkün də zərrə qədər gözüm yoxdur. Torpaq, var dövlət bu dünyada qalır. Gərək heç kimin malını yeməyəsən, ona sahib çıxmağa can atmayasan. Astan Şahverdiyevin ailəsinə başsağlığı verirəm".

Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev onun 11 sotdan çox torpağını mənimsəyib. Müğənni bununla bağlı məhkəməyə müraciət etsə də deputat tərəfindən ələ keçirilən torpaq sahəsini geri qaytara bilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...