Manatın ucuzlaşmayacaq əksinə güclənə bilər AÇIQLAMA

"Dünyada gedən siyasi oyunların sayəsində bir çox ölkələrin iqtisadiyyatlarına təsir halları baş verimişdir. Belə ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar rus rublunun 12%-ə qədər ucuzlaşmasına gətirib çıxarmışdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, rublun ucuzlaşması manatın məzənnəsinə təsir edə bilməz: "Çünki, rublun ucuzlaşması dayanmışdır və əksinə yenidən güclənməsinə istiqamətlənib. Bundan başqa Azərbaycan müstəqil ölkədir və ölkəni müstəqil şəkildə öz iqtisadi qanunları ilə idarə edir. Bu gün neftin qiyməti bahalaşmağa doğru istiqamətlənib. Bundan əlavə Azərbaycanda qeyri-neft sektoru inkişaf etmişdir və bir sıra Azərbaycan məhsulları dünya ölkələrinə istehsal olunur. Bu istehsal olunan mallar isə dünya ölkələrinə satılır. Düzdür, ölkəmizdə istehsal olunan malların müəyyən hissəsi Rusiya bazarlarına göndərilir. Amma sahibkarlara Rusiya bazarları sərf etməsə ayrı ölkələrdə yeni bazarlar axtarıb tapacaq və istehsal olunan malları o ölkələrə satacaqlar. Cənab Prezident vaxtında demişdir ki, biz yeni bazarları tapmalıyıq və bu gün Azərbaycanda istehsal olunan malların kifayət qədəri də müxtəlif ölkələrin bazarlarına ixrac olunur. Bütün bunları nəzərə alaraq düşünürəm ki, manatın məzənnəsində ucuzlaşma baş verməyəcək. Əksinə manatın güclənəcəyini düşünürəm".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə