İranlı turist: "Azərbaycanlılar çox qonaqpərvərdirlər"

"Hər il Novruz bayramında Azərbaycana gəlirik. Burada qohumlarımız var. Əmilərim, bibilərim Azərbaycanda yaşayırlar. Gəlib həm istirahət edir, həm də qohumlarımıza baş çəkirik. Novruz bayramını Azərbaycanda xüsusi mərasimlərlə qeyd edirlər ki, bu da bizim çox xoşumuza gəlir."

Bu sözləri Qubada AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İranın Parsabad şəhərindən ölkəmizə gələn Bəhruz Daşdı söyləyib. İranlı turist deyib: “Qubanın təbiəti çox gözəldir. Füsunkar təbiəti, dağları və təmiz havası var. Ən əsası isə azərbaycanlılar çox qonaqpərvərdirlər”.

Bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş istirahət zonasına üz tutublar. Quba Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bayram günlərində rayona gələn turistlərin sayı adi günlərdəkindən 50-60 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə