Novruz insanlara sonsuz sevinc, xoş ovqat bəxş edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Novruz bayramı münasibətilə tədbir keçirilib. ADNSU-dan bildiriblər ki, tədbirdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov Novruz bayramının xalqımızın əsrlərdən bəri qeyd etdiyi bayramlardan olduğunu diqqətə çatdırıb.

Dosent V.Əsgərov Novruzun insanlara sonsuz sevinc, xoş ovqat bəxş etdiyini vurğulayıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı bayram münasibətilə müəllim və tələbələri təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb.

UFAZ-ın baş katibi Şarlott Payen Novruzun Azərbaycan xalqının adət-ənənələrini özündə əks etdirən bir bayram olduğunu vurğulayıb.

Sonra maraqlı konsert proqramı nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə