“N” saylı hərbi hissədə Novruz bayramı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Novruz bayramı münasibətilə “N” saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş təşkil edib. BŞGİBİ-dən bildiriblər ki, qurumun sektor müdiri Zamin Əhmədov Gənclər və İdman Nazirliyinin, Baş İdarənin rəhbərliyi adından Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyətlər arzulayıb.

Sonra hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabit BŞGİBİ tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.

Çıxışlarda belə görüşlərin əsgərlərin ruh yüksəkliyinin və mənəvi-psixoloji hazırlığının artmasında rolu qeyd olunub. Diqqətə çatdırılıb ki, şəxsi heyət torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdır.

Bayram şənliyi incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...