Nəsimi rayonunda Novruz bayramı münasibəti ilə silsilə tədbirlər davam edir

Novruz bayramı ərəfəsində rayonda keçirilən silsilə tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər və müxtəlif səbəblərdən əlil olmuş saglamlıq imkanları məhdud olan şəxslərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır.

Gülarə Verdiyeva bildirmişdir ki, əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlətimiz tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

Əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. İl ərzində Nəsimi rayon İcra hakimiyyəti tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbirlər təşkil olunmuşdur.

“Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova və digərləri əlil vətəndaşlarımıza və sağlamlıq imkanları məhdud olan şəxslərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda saglamlıq imkanları məhdud olan 500 nəfərə bayram sovqatları təqdim olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə