Bu gün Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Bu gün axşam saatlarında Bakıda Dənizkənarı Milli Parkda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bayram konserti təşkil ediləcək. SİA-nın məlumatına görə, konsert proqramından sonra saat 21:45-də möhtəşəm atəşfəşanlıq keçiriləcək. Atəşfəşanlıq şəhərimizin sakinləri və qonlaqlarına unudulmaz anlar yaşadacaq.

Bakı Şəhər İcra Hakimiyyəti bu gözəl anlara şahidlik etmək istəyənləri Dənizkənarı Milli Parkadakı saat qülləsinin yanına dəvət edir.

Qeyd edək ki, Bakı Bulvarında bayram münasibəti ilə həmçinin müxtəlif əyləncə proqramları da təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə