Qələbə soraqlı, Qarabag avazli Novruz bayramı Lələtəpədə...

Nuranə Şıxəliyeva: “Qürurla qeyd edirəm ki, Azərbaycan Ordusu dünyanın və regionun 50 ən güclü ordu sıralarındadır və şanlı Ordumuz böyük imkanlara malikdir”

Novruz bayramı ovqatı Azərbaycanımızın bütün bölgələrində, xüsusilə cəbhəyanı ərazilərimizdə xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunmaqdadır. Belə bir bayram ovqatlı bayram tədbiri Cəbrayıl rayonunun düşmən tapdağından azad edilmiş Lələtəpədə bölgəsində də qeyd olunub. SİA xəbər verir ki, bununla bağlı açıqlama verən Səbail rayonu Həbib bəy Mahmudbəyov adlna 2 nömrəli texniki humanitar liseyin direktor muavini, təhsil eksperti, Alpaqut Federasiyasının vitse prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon qadınlar şürasının sədr müavini Nuranə Şıxəliyevanın sözlərinə görə, onun təşəbbüsü ilə Həbib bəy Mahmudbəyov adına texniki humanitar liseyin, müəllim, şagird valideyn komitəsi eləcə də 272 nömrəli orta məktəbin kollektivi, SOCAR-ın nəzdində fəaliyyət göstərən Azərbaycan-Britaniya kollecinin heyəti, Azərbaycan Alpaqut Federasiyasinın idmançıları,YAP Qadınlar şurasinin fəal ictimai üzvləri, musiqili saz və söz ustaları, Global Garnier institutu və Proloq inkişaf mərkəzinin əməkdaşları birgə şəkildə Cocuq Mərcanlıda və Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyində yaşayan insanlara dəstək olmaq üçün oraya səfər ediblər.

“Həmişəkindən fərqli olaraq, bu il milli bayramımız Novruzu vətənpərvərlik ruhunda keçirməyi qərara aldıq. Məhz elə bu amalla üz tutduq qələbə soraqlı Lələtəpəyə”-deyə qeyd edən Nuranə Şıxəliyeva bildirib ki, səfərlərinin əsas məqsədləri orada xidmət göstərən əsgərlərimizə, şəhid ailələrinə, həmin ərazilərdə yeni məskunlaşan sakinlərə onları bayram ərəfəsində əhval ruhiyyəsini yüksəltməkdir, mənəvi dəstək göstərməkdir: “Səfər balaca şəhidimiz olan Zəhranın və aprel döyuşlərində həlak olan əsgərlərimizin abidəsinin ziyarəti ilə başlayıb və bizlər bu kimi ziyarətlərimizin davamlı şəkildə həyata keçirməyi nəzərdə tutmuşuq. Çünki bizlər hər zaman öz tariximizi, öz yaddaşımızı unutmamalı, tarixi həqiqətlərimizi gələcək nəsillərimizə çatdırmalıyıq”.

Nuranə Şıxəliyeva həmçinin qeyd edib ki, səfər çərçivəsində Britaniyalı müəllimlər –Cameron Aleksander və Day Marilyn tərəfindən məktəb binasında Azərbaycan-Britanıya kollecində tədris edən əcnəbi müəllimlə əmakdaşlıq üzrə master klass dərsinin təqdimatı olmuşdur. “Səfərimiz “N” saylı hərbi hissədə davam edirilib. Çal-çagırlı ədəbi bədii hissədən sonra Cəbrayıl rayonu İcra Hakimiyyətinin müavini Qənimət Əliyev hər kəsi ürəkdən salamlayaraq, bizim səfərimizi yüksək qiymətləndirdi və əlbəttə, belə bir fikirlər bizlərdə ruh yüksəkliyi yaratdı”.

Səfər təəssüratı ilə bağlı digər fikirlərini də çatdıran Nuranə Şıxəliyeva bildirib ki, ordumuzun vətənpərvərlik ruhu və döyuş qabiliyyəti yuksək səviyyədədir və əbəs deyil ki, bu gün Azərbaycan Ordusu Qafqazın və dünyanın ən aparıcı orduları güclü orduları sırasında yer alır: “Qürurla qeyd edirəm ki Azərbaycan Ordusu dünyanın və regionun 50 ən güclü ordu sıralarındadır və şanlı Ordumuz böyük imkanlara malikdir. Təmas xəttindəki görüşümüz bu fikirlərin əyani şəkildə bir daha öz təsdiqini tapdığını sübuta yetirdi. Bunun üçün Ölkə başçımız Ali Baş Komandamanımız cənab İlham Əliyevə və Müdafiə Nazirimiz Zakir Həsənova dərin minnətdariq. Aprel döyuşləri bir daha xalqımızın gücünu və həmrəyliyini nümayiş etdirdi. Bunların davamı olaraq biz öz birliyimizlə növbəti qələbəmizi Şuşada, Xankəndində qeyd edecəyik”.

Nuranə Şıxəliyeva sonda vurğulayıb ki, bu möhtəşəm səfər çərçivəsində milli-mənəvi dəyərlərimizi adət-ənənələrimizi özündə rəngarəng əks etdirən Novruz bayramı münasibəti ilə o və digər səfər iştirakçıları butun heyəti təbrik ediblər və hərbi hissəyə 150 ədəd bədii kitablar, əsgərlərə Novruz sovqatı hədiyyələri təqdim ediblər. “Şagirdlərimizin əsgərlərlə görüşə böyük həvəslə yollanmışdı və bu səfər onlara vətənpərvərlik hissinə daha dərindən yanaşmaq üçün mühüm rol oynadı. Bizlər isə gələcəkdə də bu kimi səfərlərimizi gerçəkləşdirərək, daim Vətənimizin, dövlətimizin adının yüksəklərdə olması naminə yorulmadan fəaliyyət göstərəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə