Səs Media Qrup Novruz bayramını qeyd edib FOTO

Bu gün özündə 3 qurumu - "Səs" qəzeti, Səs İnformasiya Agentliyini və Səs İnternet Televiziyasını birləşdirən Səs Media Qrupda xalqımızın ən gözən bayramlarından biri - Novruz bayramı münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Media Qrupun rəhbəri Bəhruz Quliyev təmsil etdiyi qurum adından dövlət başçısı Cənab İlham Əliyevi və ailəsini, eyni zamanda bütün Azərbaycan xalqını ürəkdən təbrik edib, firavanlıq, bol ruzi-bərəkət, gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayıb.

B.Quliyev Media Qrupun hər bir üzvünü Novruz bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, növbəti prezident seçkiləri ərəfəsində hər birimiz peşə fəaliyyətimizdə aktiv olmalı, ümumxalq tədbirinin daha şəffaf, daha obyektiv keçirilməsi üçün var gücümüzlə çalışmalıyıq.

Sonra bayram tortu kəsilib.

SİA olaraq biz də bütün dünya Azərbaycanlılarını min illərdən gələn Novruz bayramı münasibətilə təbrik edir, bol ruzi-bərəkət dolu süfrə, can sağlığı arzulayırıq!

BAYRAMINIZ MÜBARƏK!!!

Bütün xəbərlər Facebook səhifəmizdə