Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd edildi

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə BANM-ın rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov bayram tədbirini öz çıxışı ilə açaraq, bütün BANM ailəsini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, hər birinə sağlamlıq və xoş günlər arzulayıb, bütün ailələrə ruzi-bərəkət və firavan həyat diləyib. Rektor tədbir iştirakçılarına milli ənənəni özündə qoruyub saxlayan Novruzun tarixindən, milli və tarixi motivlərin bu bayramda yer alması və təmsil olunmasından, əsrlər boyu qorunub saxlanan adət ənənlərdən danışıb. "Novruz tariximizi, adət ənənələrimizi və birgə dəyərlərimizi gələcək nəsillərə ötürə bilmək üçün ən gözəl vasitədir", - deyə Elmar Qasımov bildirib.

Tədbirdə Novruz bayramının əvəzsiz qonaqları Bahar qız, Keçəl və Kosa iştirak öz təbrik və maraqlı zarafatları ilə tədbir iştirakçılarında xoş əhval ruhiyyə yaradıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib, tələbələr bayrama həsr etdikləri musiqi kompozisiyaları ilə çıxış edib, nəğmələr oxuyub və rəqs ediblər.

Tədbirin sonunda Ali Məktəbin möhtəşəm kampusunun həyətində böyük Novruz tonqalı yandırılıb, gur alov hər kəsdə böyük sevgi və coşqu, şən əhval ruhiyyə yaradıb. Ali Məktəbin tələbələri Novruz tonqalı ətrafinda yallı gedərək rəqs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə