Çaylarda vəziyyəti açıqlanıb

Ötən yağışlı günlərdən sonra çaylarda sululuq səviyyəsi açıqlanıb. SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 100 faizini təşkil edib. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 233 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 270 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə