Ötən günün cinayət xronikası

101 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 101 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər ölüb, beş nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə