Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub. SİA-nın verdiyi məlumata görə, təlimçi Tərxan Paşazadə gənclərə Vikipediya, ondan istifadə qaydaları mövzusunda təlim keçib.

Təlim çərçivəsində gənclərə Vikipediyanın əhəmiyyətindən, orda informasiyanın yerləşdirilməsi qaydalarından bəhs edilib. Təlim zamanı gənclərə praktiki olaraq Vikipediya hesabı açılıb və redaktə öyrədilib.

Birliyin mətbuat xidmətindən bildirilib ki, informasiya müharibəsi dövründə həmçinin Vikipediya üzərindən də Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq vacib məsələlərdən biridir. Vikipediya təlimi gənclər üçün xüsusi əhəmiyyət daşıyıb. Çünki multiplayerlərdən ibarət Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə