"Halal" sertifikatı təhlükəsizlik göstəricisi deyil Qida Təhlükəsizliyi Agentliyi

"Halal" keyfiyyət sertifikatı məhsulların təhlükəsizlik göstəricisi deyil. SİA-nın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, rəhbərlik etdiyi agentlik halal məhsullar üçün keyfiyyət sertifikatı verməyi planlaşdırmır: "Agentliyin belə bir sertifikat vermək hüququ yoxdur".

Sədr qeyd edib ki, laboratoriya şəraitində məhsullarda yalnız donuz əti və emulsiyasının olduğunu müəyyən etmək olar: "Lakin hər hansı məhsulun "halal" standartına aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu məsələ ilə maraqlanan vətəndaşlar dini strukturlardan məsləhət ala bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə