Avropada mühacirlərin "qara günləri" başlayıb

Bəzi mühacirlər yaşadıqları ölkələrin təhlükəsizliyindən sui-istifadə edərək, Azərbaycan haqqında qeyri-etik davranışlar sərgiləyir, söyüş söyür, tərbiyəsizlik edirlər ki, bunun siyasətlə, yaxud siyasi mübarizə ilə heç bir əlaqəsi yoxdur. İstər sosial şəbəkə fəalları, istərsə də müxtəlif yönümlü siyasi təşkilatların tərəfdarları içərisində də anormal düşüncəyə malik şəxslərə rast gəlmək olur. Cəmiyyət bu cür davranışlara və siyasi mübarizə hesab olunmayan bu hərəkətlərə qarşı çıxmalı, belə halları önləyə bilmək üçün hər cür fədakarlıq etməyə hazır olmalıdır.

Xaricdə yaşamaqdan ötrü nəsillərinin adına belə xələl gətirməkdən çəkinməyənlər kişilikdən və mənlikdən dəm vururlar

Demokratik inkişaf modeli seçən Azərbaycan müxtəlif partiyaların fəaliyyətinə, fərqli mövqeli KİV-lərin ölkədə sərbəst şəkildə informasiya siyasəti yürütməsinə şərait yaratdığı halda, müxtəlif bəhanələrlə xaricə sığınıb, "mühacir" statusu almağa cəhd edənlərin təhqir və söyüşlərlə müşahidə edilən fəaliyyəti qəbuledilməzdir. Bu kateqoriyaya daxil olan insanlar sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək, eyni zamanda, toxunulmaz imkanına malik olduqlarını zənn edib, əxlaqdan və mənəviyyatdan kənar fəaliyyətlə məşğul olurlar. Məskunlaşdıqları ölkələrdən bir canlı yayım açıb ölkənin dəyərlərini, dövlət simvollarını təhqir edənlər özlərini daha da radikal göstərmək niyyətindədirlər. Halbuki belələri bundan əvvəl heç bir siyasi fəaliyyətlə məşğul olmayıblar və hansısa bəhanələrlə xaricdə yaşamaq icazəsi alaraq, anormal fəaliyyətlə məşğul olurlar. Onların sırasında Avropa ölkələrinə cinsi azlığın nümayəndəsi kimi sığınanlar da az deyil. Bu bəhanəni yalandan gətirənlər də var və xaricdə yaşamaqdan ötrü özlərinin və təmsil etdikləri nəsillərin adına xələl gətirməkdən belə çəkinməyənlər indi kişilikdən və mənlikdən dəm vururlar.

Ən acınacaqlısı bir də odur ki, yalandan yox, həqiqətən də, cinsi azlıq nümayəndəsi olub, əxlaqsız həyat tərzi keçirən və qınaq obyekti olduğu üçün ölkədən baş götürüb qaçan mühacir də belə kişilikdən dəm vurmaq həvəsinə düşüb. İndi internetin imkanlarından istifadə edərək qeyrətdən və namusdan dəm vuran və Avropa dövlətlərindən birinə sığınan Piriyev Rafael Fizuli oğlu, əslində, əxlaqsız həyat tərzi və hərəkətlərinə görə öz yaxınları tərəfindən Bərdə rayonundan qovulduğu halda, Qərb ölkələrinin birindən sığınacaq istəməsini utanmdan siyasi baxışlarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunması ilə izah edir. Əxlaqsız hərəkətlərinə görə Bərdədən öz qohumları tərəfdən qovulan bu şəxs, ölkədən getməsinin məsuliyyətini hakimiyyətin üzərinə atmaqla, siyasiləşdirməyə çalışır. Piriyevin bu hərəkətləri Bərdədə yaşayan yaxınlarının, qohumlarının qəzəbinə səbəb olub və başda əmisi, əmisi oğlu olmaqla qohumları, hətta bir vaxt yaşadığı kəndin sakinləri Piriyevi rüsvay edərək gerçək iç üzünü açıb, onu ifşa edib, qınayıblar. Qohumların və kənd sakinlərinin nitqindən bəlli olur ki, qeyrətdən-namusdan, kişilikdən dəm vuran mühaciri əxlaqsız həyat tərzi keçirdiyinə görə, arientasiyasını itirmiş cinsi azlıqlardan olduğu səbəbindən, rüsvayçı əməllərinə görə öz qohum-əqrəbası və kənd camaatı kənddən qovub. Bərdədə yaşamağa üzü olmadığını anlayan və xaricə qaçan Piriyev isə bu vəziyyətdən sui-istifadə edərək, Avropaya özünü siyasi mühacir kimi sırıyıb və özünü sığortalamaq, Azərbaycanda siyasi təqibə məruz qaldığını sübuta yetirmək üçün min bir oyuna əl atır. Bir sözlə, kənddə özünü axırıncı yola qoymuş Rafael axırıncı yolunu Avropada da davam etdirir, erməni lobbisinin təsiri, maliyyəsi ilə Azərbaycan dövlətinə qarşı çıxışlar edir. Avropaya qaçaraq erməni lobbisinə xidmət edən daha bir "mühacir"in özünü siyasi hakimiyyətin təzyiqlərindən ölkəni tərk etmiş biri kimi təqdim etmək cəhdi qohumları və həmkənlilərinin ona ünvanlanmış müraciəti ilə iflasa uğrayıb.

İntellekt çatışmazlığı səbəbindən küçə söyüşlərindən başqa heç nəyə qadir deyillər

Təəssüf ki, Rafaelin timsalında bu gün əcnəbi ölkələrə sığınan, əxlaqdan, tərbiyədən, mənlikdən, kişilikdən uzaq olduğu halda, qeyrətdən-namusdan dəm vuran mühacirlər var və onlar siyasi mübarizəni öz əxlaq müstəvisində, yəni söyüş söyməkdə, təhqirdə, qeyri-etik, tərbiyəsiz davranışlarda görürlər. Sadalamağa, hər birinin psixi, oriental qüsurlarını saymağa maraq yoxdur, amma Rafaelin Orduxan Teymurxan və Məhəmməd Mirzəli kimi dostları, görünür, məhz onun kimi stereotip olduğu üçün şərəfsizliyi özlərinə təhqir hesab etmirlər. Söyüş söymək heç bir intellekt tələb etmədiyi səbəbindən, bir-birilə sanki bu istiqamətdə yarışa girənlər, başa da düşmürlər ki, demokratiya deyə bağırdıqları halda, özləri demokratik mübarizə aparmırlar. Əksinə, söyüş və təhqirdən ibarət olan əməllərində demokratiyaya uyğun heç bir məqama rast gəlinmir və bu səbəbdən, ələlxüsus, onların demokratiyadan danışmağa zərrə qədər haqları çatmır. Sığındığı ölkələrdə onlarla eyni statusda olan müxalifətçilər və jurnalistlər olsa da, heç birinin davranışlarında analoji halları beynəlxalq ictimaiyyət müşahidə etmir. Söyüşlərlə yox, tənqidi fikirləri ilə diqqəti cəlb edənlər, siyasi müstəviyə layiq oldularını təsdiq etdikləri təqdirdə, Teymurxan və Mirzəli kimiləri intellekt çatışmazlığı səbəbindən küçə söyüşlərindən başqa, heç nəyə qadir olmadıqlarını sübut edirlər.

Ölkənin simvollarını təhqir etmək hüquqi məsuliyyət yaradır və qanun qarşısında cavab verilməlidir

Dövlət atributlarını təhqir edən mühacirlərin qəbul olunmayan fəaliyyəti etik və əxlaqi normalara sığışmadığı üçün, dəyərlərə, milli maraqlara, dövlətçilik maraqlarına xələl gətirdiyi üçün bu davranışlarına yalnız etik normalar çərçivəsində yanaşmaq düzgün olmaz. Onların ölkənin simvollarını təhqir etmələri hüquqi məsuliyyət yaradır və bu baxımdan, əməllərinə hüquqi qiymət verilməsi tələb olunur. Harada yaşamasından asılı olmayaraq, ölkənin simvollarının kiminsə tərəfindən təhqir edilməsi qadağandır. Ölkənin Prezidenti də dövlətin simvolu sayılır və onun qanunla müəyyən olunmuş hüquqları olduğu üçün ölkə başçısının da həmin formada təhqir edilməsi birbaşa hüquqi məsuliyyət yaradır. Eyni zamanda, onların ölkənin digər atributlarını da təhqir etdikləri bir çox materiallardan bəllidir və bu əməllərinə görə, qanun qarşısında cavab verməlidirlər. Qanunvericilik buna tam şəkildə imkan verir ki, onların sığındığı ölkələrin əlaqədar qurumlarına da həmin materiallar təqdim olunsun və belə zərərli ünsürlərin yerinə oturdulmasına, hətta Azərbaycana təhvil verilməsinə köməklik edilsin.

Bu mühacirləri əvvəlcə ağına-bozuna baxmadan daşıyıb, sonra da geri qaytaran Avropa qurumlarının da ciddi səhvləri var. Məhz elə bu səhv ucbatından bir çoxları indi deportasiya problemi ilə üz-üzə qalıb və təhlükə səbəbindən, başlayırlar hakimiyyətin və ölkə rəhbərinin ünvanına olmazın təhqirlər etməyə ki, özlərini radikal, mübariz kimi qələmə verib yaşayış təminatı əldə etsinlər. Nəticədə ictimaiyyət sığınacaq almaq naminə hər aşağılığı özünə rəva bilən şoumenlərin hazırladığı səhnələrin, tərbiyəsiz şouların və qanunsuz hərəkətlərin şahidi olur. İctimai təhlükə yaradan hərəkətlərə, qanun pozuntusuna görə cavabdeh olanların qanun qarşısında cinayət məsuliyyəti məsələsi ortaya çıxdığı zaman qanunun tələblərinə riayət edilməsi labüddür. Bu səbəbdən, əgər bu mühacirlər Azərbaycan xalqını, hakimiyyətini təhqirə davam edəcəklərsə, o zaman Avropa dövlətləri Azərbaycanın tələbi ilə həmin şəxsləri əli-qolu bağlı şəkildə dövlətimizə təhvil verəcəyinə zərrə qədər şübhə ola bilməz. Onsuz da, Avropa tezliklə bu məsələlərə öz münasibətini bildirəcək və yaxşı olar ki, saxtakarlıqla Avropaya gedən mühacirlər günahlarını etiraf edib, Azərbaycan xalqından üzr istəsinlər.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə