Bu gün tanınmış ictimai-siyasi xadimin anım günüdür

Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Dilruba Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır(1960-72). 1972-1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri, 1975-1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin II katibi, 1981-1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin I katibi, 1989-1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992-1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993-2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000-2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin I müavini vəzifələrində çalışmışdır. “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı” ordenləri və bir çox medallarla təltif olunmuşdur. 1993-cü il avqust hadisələrində Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması uğrunda vuruşan bir lider kimi həyatının ən böyük uğurunu qazandı. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma “Talış-Muğan Respublikası”nı “quran” Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr. 2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.

1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr.

2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.

Allah rəhmət eləsin!

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə