İbad Hüseynli: “Onlar xarici dairələrin bədnam sifarişlərini yerinə yetirirlər”

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunmasından sonra siyasi proseslərdə aktivlik artmaqdadır. Bu işdə daha çox xaricə sığınmış bəzi blogerlərin radikal fəaliyyəti və buna hakimiyyət tərəfindən verilən lazımi cavablar nəzərə çarpır. Bu istiqamətdə tanınmış ictimai-siyasi xadimlər də öz fikir və təəsüratlarını bildirirlər. Onlardan biri də "Azərbaycan Bayragı" ordenli, kəşfiyyat komandiri olmuş Türk dünyasının qəhrəman oglu İbad Hüseynlidir.

- İbad bəy, sosial şəbəkələrdə sizin də adınız hallandırıblar. Bu barədə nə deyə bilərsiniz?
- Əslində mənim adım illərdir hallandırılır. Mənim müharibə vaxtı etdiyim əməliyyata özlərinə məxsus səviyyədə min "don" geyindirib məni gözdən salmaga çalışdılar. Hansı ki, onlar Azərbaycanın çörəyini yeyib, suyunu içib amma, müharibədə hansı "işlərlə" məşgul olduqları bəlli olmayan, erməni lobbisi tərəfindən maliyyələşdirilən qurumun nümayəndələrindən idilər. Onların atdıqları addımların gərək vaxtında qarşısı alınaydı. Amma görünür onların oyununu "oynatmaga" şərait yaradan "oyunçular" vardı. Nəysə, söhbət indi məndən getmir, söhbət Azərbaycan xalqından və bu günə qədər olan fəaliyyətindən, bundan sonraki taleyindən gedir.
- Nəyə görə xaricə sığınmış blogerlər ancaq prezident İlham Əliyevi hədəf alırlar?
- Azərbaycan son illər bütün sahələrdə, istər siyasi, istər mədəni, istər idman sahəsində olsun yəni, müxtəlif layihələrlə dünyanın diqqətində olan bir dövlətə çevrildi. Dünyanın müxtəlif ölkələrindən ölkəmizə gələnlər oldu. Dünyanün müxtəlif ölkələrində Azərbaycan haqqında xəbərdar olan adamlar var. Əgər bir Azərbaycan vətəndaşının öz xalqına və prezidentinə olan mənfi münasibətini, reaksiyasını, fikirlərini görən xarici vətəndaş, nümayəndə, üçü inanmasa da, üçü inanacaq. Əslində onların bacardıqlar üzdəniraq fikirləri, çirkin əməlləridir. Başqa nə edə bilərlər ki. Amma yenə də istər-istəməz insanların düşüncələrində, fikirlərində müəyyən qara fikirlər yaradırlar. Mən onlarla sosial şəbəkədə bir neçə dəfə yazışıb-pozuşdum, o dəqiqə başladılar mənə qarşı təxribata, necə ki, hər zaman prezident seçkiləri zamanı bizim göstərdiyimiz dəstəyə görə bizə qarşı müxtəlif münasibətlər göstəriblər, indi də başladılar, agızlarına gələni yazıb, pozmaga. Mən çox təəssüf edirəm belə hallara, amma nə etmək olar. Əslində onlar siyasət adamı deyillər, sadəcə, siyasətə kimlərinsə tapşırıgı ilə “ilişirlər".
Biz 1990-cı illərdən vətən, torpaq qoruduq, müdafiə etdik. Biz hələ o vaxtlar deyirdik, bu ölkəni xaosdan yalnız Heydər Əliyev xilas edəcək. Həqiqətən də elə oldu. Mən və mənim ətrafımda olan yüzlərlə-minlərlə döyüşçülər Heydər Əliyevi dəstəklədik. Heydər Əliyev Azərbaycanı yenidən qurdu və dünyaya yeni bir Azərbaycan tanıtdırdı. Sonra da İlham Əliyev cənabları o siyasəti layiqincə davam etdirdi. Biz İlham Əliyevi də dəstəkləmişik və bu gündə dəstəkləyirik!
Mən 1993 cü illərdə vətən yolunda saglamlıgını itirmiş bir döyüşçü olaraq ölkəmizin maraqlarını müdafiə edirəm və buna görə də İlham Əliyevi dəstəkləyirəm. Özlərini böyük siyasi qüvvə kimi göstərməyə çalışanlar ətraflarında heç on nəfəri belə birləşdirə bilmirlər. Ancaq xarici dairələrin bədnam sifarişlərini ölkəmizdə həyata keçirməyə çalışırlar. Əslində o cür nankorlar daxilimizdə cücərmiş naqislərdir. Bu, xarici dairələrlə erməni lobbisinin ortaq layihələri, ortaq işbirliyidir. Məqsəd Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, xalqımızı aşağılamaqdır. Ancaq gərək bunun qarşısı ciddi şəkildə alınsın. Və mən şəxsən Azərbaycan vətəndaşı olaraq Ulu Öndər Heydər Əliyev siyasətini layiqli şəkildə davam etdirən İlham Əliyevə alternativ olaraq kimisə görmürəm.

Bütün xəbərlər Facebook səhifəmizdə