“Şəhid şəhər” Lənkəran teatrında

Fevralın 26-da Lənkəran Dövlət Dram Teatrının səhnəsində yazıçı-publisist Ağaddin Babayevin Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər” anım tamaşası nümayiş olunub. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musuqi tərtibatçısı Miranda Qurbanovadır.

1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların faciəli taleyini, onların saf. hisslərini, psixoloji və mənəvi durumunu təsirli səhnələrlə əks etdirən bu tamaşada əsas obrazları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, artistlərdən Şahrud Mehdiyeva, Allahverən Babayev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Şəbnəm Hüseynova, Aysel Cahangirova və Günel Abbaszadə canlandırıblar.

Tamaşaya təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri ilə yanaşı Lənkəran Şəhər İhakimiyyətinin başçısı Teleh Qraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də baxıblar.

Həmin gün teatrın kollektivi tamaşanı N. saylı hərbi hissənin əsgər və zabitləri qaşısında da oynayıblar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə