Elektrik qatarları adi iş qrafikini bərpa edib

Fevralın 23-dən başlayaraq Bakı-Sumqayıt, Yalama-Bakı və Şirvan-Bakı elektrik qatarları adi iş qrafikini bərpa edib. SİA bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verir.

Məlumata görə, bu qərar Bakı yük stansiyası – Keşlə sahəsində təmirin başa çatması ilə əlaqədardır: “Bu gündən başlayaraq Bakı-Sumqayıt-Bakı, 612 saylı Yalama-Bakı və 6703 saylı Şirvan-Bakı elektrik qatarları 2017-ci il dekabrın 10-da təsdiq olunmuş cədvələ əsasən hərəkət edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...