Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunmasının 1 ili tamam olur.

Keçən bir il ərzində Mehriban xanım I vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirmişdir. Ölkədə aparılan sosial siyasətin müəyyənləşdirilməsində və təsdiq olunmuş sosial layihələrin həyata keçirilməsində Mahriban xanım I vitse-prezident kimi xüsusi rola malikdir. Təsadüfi deyil ki, 2017-ci ilin ən mühüm, yadda qalan hadisələri barədə sorğu keçirilən zaman Mehriban xanımın I vitse-prezident vəzifəsinə təyin olunması ilin ən mühüm hadisələrindən biri kimi qeyd olunmuşdur. Bu vəzifəyə təyin olunana qədər Mehriban xanım Xəzər rayonundan 3-cü çağırış Milli Məclisə deputat seçilmişdi. Bu illər ərzində Mehriban xanımın təşəbbüsü ilə Xəzər rayonunda həyata keçirilən sosial-iqtisadi layihələrin nəticəsində rayonun qəsəbələri tanınmaz dərəcədə dəyişmiş, geniş miqyaslı tikinti-abadlıq işləri həyata keçirilmişdir. Rayonun qəsəbələrində 42 yeni məktəb binası tikilmiş, 24 uşaq baxçası-körpələr evi, 16 internat evi və məktəbi tikilmiş və əsaslı təmir olunmuş, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid binası tikilmiş və təmir olunmuşdur. Hal-hazırda bu istiqamətlərdə işlər davam etdirilir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümumimilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə olunmasında, təhsil, səhiyyə, mədədəniyyətimizin bütün sahələrində müxtəlif layihələrin həyata keçirilməsində, misilsiz rola malikdir. Mehriban xanımın çoxsahəli fəaliyyətinin bir istiqməti də idmanla bağlıdır. Təşkilat komitəsinin sədri kimi onun rəhbərliyi ilə Bakıda keçirilən I Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olunmuş və bu Oyunların Azərbaycan standartları müəyyənləşdirilmişdir.

Mehriban xanımın təşəbbüsü ilə Avropanın və eləcədə dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyəti, incəsənəti təbliğ olunur. Belə tədbirlərin keçirilməsi Azərbaycanın Beynəlxalq aləmdə daha yaxından tanınmasında böyük rol oynayır.

Mehriban xanım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən yaxın silahdaşıdır. Tam əminliklə demək olar ki, Mehriban xanım bundan sonra da Cənab Prezidentlə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir.

Rauf Əliyev, millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə