Hüseyn Bağırov Salyan rayonunda vətəndaşlarla görüşüb

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 22-də Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Görüşdə vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilərək onların aradan qaldırılıması, hərtərəfli öyrənilməsi və araşdırılaraq qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə