Məcburi köçkünlər üçün vahid aylıq müavinət artırılıb

Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə