Elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Fevralın 21-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə,Bakı-yük- Keşlə mənzilinin tək yolunda yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 21.02.2018-ci ildən 06.03.2018-ci ilədək (daxil olmaqla) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

2017-2018-ci illər üçün (21.02.2018-ci ildən 06.03.2018-ci ilədək)

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli

Bütün xəbərlər Facebook səhifəmizdə