Ankarada Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib

19 fevral 2018-ci il tarixində Yeni Dünya Vəqfinin təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı Soyqırımının 26-cı ildönümü ilə əlaqədar konfrans keçirilib. Bu barədə SİA-ya açıqlama verən “Prezident təqaüdçüləri” Gənclər Bilriyinin rəhbəri, Ankara Universitetinin Hüquq Elmləri üzrə Doktorantı Təbriz Raufoğlu bildirib ki, Konfransda Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim, Ankaranın Mamak rayonunun Bələdiyyə sədri Məsut Akgül, Yeni Dünya Vəqfinin Ankara şöbəsinin səhbəri Ali Toköz, Türkiyə Böyük Millət Məclisi Artvin millət vəkili İsrafil Kışla, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elman Məmmədov, Ankara Universiteti Hüquq Fakültəsinin müəllimi, dosent Cavid Abdullazadə, tanınmış ictimai fəallar, qeyri-hökumət təşkilatı nümayəndələri və dünyanın 20-dən çox ölkəsindən tələbələr qatılıb.

O əlavə edib ki, Konfrans çərçivəsində tədbir iştirakçılarına Xocalı Soyqırımı haqqında qısametrajlı film və Türkiyədə təhsil alan xarixi tələbələrin iştirakı ilə hazırlanan “Xocalıya Ədalət Çağırışı” çarx nümayiş etdirilib. Təbriz Raufoğlu sözlərinə belə davam edib: “İştirakçılarının yarıdan çoxunu Türkiyədə təhsil alan xarici tələbələrin təşkil etdiyi Konfransda Xocalıda törədilən dəhşətli əməllər, erməni vəhşilərinin beynəlxalq hüquq normaları dursun bir tərəfdə, ən adi insani prinsiplərə belə məhəl qoymadan həyata keçirdikləri qətliam bütün aspektləri ilə anladıldı. Türkiyəli deputatlar və elm adamları bir daha Xocalıya dəstək olduqlarını diqqətə çatdırdılar və hələ də hüquqi qiymətini almayan bu acı hadisənin dünya birliyi adına bir utanc olduğunu vurğuladılar”.

Bütün xəbərlər Facebook səhifəmizdə