Çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 130-240, Lənkəran-Astara bölgəsi çaylarında 100-160, Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 131 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 66 m3/s təşkil edərək ongünlük normanın 94 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 24, Salyanda 16, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2017-ci il fevralın 19-da 484 sm), Şirvanda 247 sm (2017-ci il fevralın 19-da 367 sm), Salyanda 191 sm (2017-ci il fevralın 19-da 336 sm), Bankədə 191 sm (2017-ci il fevralın 19-da 244 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2017-ci il fevralın 19-da 208 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə