Göyçayda hazırlıq kursu təşkil ediləcək

DİM 2018-ci il 27-28 fevral tarixlərində Göyçay şəhərində Azərbaycan dili, riyaziyyat və kimya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil edəcək. Bu barədə SİA-ya Mərkəzdən məlumat verilib.

Dövlət İmtahan Mərkəzi Göyçay şəhərində 27-28 fevral tarixlərində 2 nömrəli tam orta məktəbdə (Əli Kərim küçəsi 49) Azərbaycan dili, riyaziyyat və kimya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edir.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər və metodistlər iştirak edə bilərlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə