Ağcabədidə "700 yüz min ağac əkək" kampaniyası uğurla davam etdirilir

Ağcabədidə cari ilin noyabr ayından başlayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-illik yubileyi münasibətilə "700 yüz min ağac əkək" kampaniyasının II mərhələsinə fevral ayının əvvəllərində start verilib.

Növbəti ağacəkmə kampaniyası Meşə Mühafizəsi və Bərpası müəssəsinin 5 meşəbəylik ərazisində keçirilib. Ağacəkmə kampaniyasında YAP fəalları və Meşə Mühafizəsi və Bərpası müəssəsinin işçiləri iştirak ediblər. İməcilik zamanı 1300 nar və tut tingi əkilib.

"700 yüz min ağac əkək" kampaniyası çərçivəsində payızda əkilən 11470 ağacla birlikdə YAP Ağcabədi rayon təşkilatı fəallarının iştirakı ilə 12770 ağac əkilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə