Məktəblərdə dərslər dayandırıldı

Meksikada baş verən güclü zəlzələ ilə əlaqədar məktəblərdə dərslər dayandırılıb. SİA-nın məlumatına görə, bu qərarı Oahaka ştatının hakimiyyəti verib. Dərslər hüsusi elana kimi bərpa olunmayacaq. Qeyd edək ki, cümə günü Meksikanın Oahaka ştatında 7,2 bal gücündə zəlzələ olub. Zəlzələnin dərinliyi 12 km olub. Zəlzələ nəticəsində ölən olmayıb, lakin ştata ciddi madi ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə