Diaspor nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar faciəsindən 28 ildönümü ilə əlaqədə Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və Bakıdakı tatar diasporunun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir k, onlar ölkəmizin istiqlalı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər. Azərbaycandakı tatar diasporunun nümayəndəsi Emin Ramazanov Vətən uğrunda şəhid olanların xatirəsini hər il hörmətlə yad etdiklərini söyləyib. Tatarıstan Respublikası Azərbaycan Milli–Mədəni Muxtariyyətinin sədr müavini Sevinc Süleymanova bildirib ki, vətənin azadlığını hər şeydən uca tutaraq canlarından keçən 20 Yanvar faciəsinin qurbanları hər il Kazanda da yad edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə