Şəhidlərin ruhu Barselonada anıldı

İspaniyanın Barselona şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. "Azerbaijani Society in Barcelona"nın (ASB) təşkilatçılığı ilə keçirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ASB sədri Kərim Kərimov Qanlı Yanvar hadisələri haqqında danışaraq deyib ki, müasir tariximizin bu faciəli və şanlı səhifəsi heç vaxt unudulmayacaq. Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adı Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunub. Nəsillər bir-birini əvəz etdikcə, yeni Azərbaycan gəncliyi formalaşdıqca bu faciə daha çox xatırlanmalı, yad edilməlidir. Sonra tədbirdə iştirak edən Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz, həmçinin Çiçək Zalova və Nizami Namazov çıxış ediblər. Anım mərasimində 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə