İzmirdə 20 Yanvar faciəsi ilə bağlı ehsan paylanıb

Türkiyənin İzmir şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar ehsan paylanılıb. SİA--nın xəbərinə görə, İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin rəhbərliyi tərəfindən təşkil olunan tədbir Bornova rayonunun mərkəzində iki saat davam edib. Təşkilatçılar açıq havada insanlara 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törədilmiş hərbi cinayətin təfərrüatı ilə bağlı məlumat veriblər. Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandıran dərnək üzvləri ölkələrimizin və xalqlarımızın qardaşlığına dair şüarlar səsləndiriblər. "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı ilə təşkilatçılara qoşulan sakinlər şəhidlərimizə ehtiramlarını nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə