Agentlik əməkdaşları 20 Yanvar şəhidlərini yad etdi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə agentliyin əməkdaşları Ümumxalq Hüzn gününün 28-ci il dönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət ediblər. Agentlikdən SİA-ya verilən xəbərə görə, 28 il əvvəl xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Agentliyin əməkdaşları Şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Əbədi məşəlin önünə, şəhid məzarlarına gül dəstələri qoyub. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...