"2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi siyasi cəhətdən müdrik qərardır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi siyasi cəhətdən müdrik qərardır və Azərbaycanın bütün vətəndaşları, digər ölkələrdə yaşayan və diasporun əsasını təşkil edən vətənpərvər azərbaycanlıların qarşısında böyük vəzifələr qoyur.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri, Latviya Prezidenti yanında milli azlıqlar üzrə məşvərət şurasının sədri Roman Əliyev bildirib. O qeyd edir ki, Prezident İlham Əliyevin qərarında öz müstəqil dövlətinin tərəqqisinə aparan yolda yad rejimləri adlayan, özündə demokratiya və azadlıq dəyərlərini tərbiyə edən Azərbaycan xalqının müdrikliyi dayanır.

“Bu həmin yoldur ki, hamımız bu yolla getməkdə davam etməliyik. Müdriklik də elə bundadır – xalqın və dövlətin bütün nailiyyətlərini artırmaq və yeni uğurlara can atmaq lazımdır”, – deyə Roman Əliyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə