YAP Ağdam rayon təşkilatı "700 min ağac əkək" kampaniyasını davam etdirir

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar "700 min ağac əkək" kampaniyası çərçivəsində YAP Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib. Aksiyada YAP Ağdam rayon təşkilatının şura üzvləri, qadınlar şurası, gənclər birliyinin fəalları, ilk partiya təşkilatının sədrləri və YAP üzvləri iştirak ediblər.

Rayonun Bayraq Meydanı ərazisində və Soltanbud meşəsində 870 ədəd ağac əkilib. Qeyd edək ki, ümumilikdə, rayon təşkilatı tərəfindən aksiya müddətində 6500 ədəd ağacın əkilməsi nəzərdə tutulmuşdur. Bu günə qədər isə 3720 ədəd ağac əkilib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə