Şəhidlər xiyabana ziyarətçi axını davam edir

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşdırılıb. Faciə qurbanlarının xatirəsini anmaq istəyən ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün bəzi yollarda hərəkətə məhdudiyyət qoyulub. Şəhidlərin xatirəsini anmaq üçün xiyabana ziyarətçi axını artıq bir neçə gündür ki, davam edir.

Şəhidlər xiyabanın girişində qərənfillərdən kompozisiya qurulub. Vətənin azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızın məzarlarını ziyarətə gələnlər arasında məktəblilər və balaca fidanlar da var. Ölkəmizdə olan xarici qonaqlar da Şəhidlər xiyabanını ziyarət edir, Azərbaycan xalqını dərdinə şərik olduqlarını deyirlər.

Qeyd edək ki, faciənin 28-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq, ictimaiyyətin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili planlaşdırılıb. Paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Sabah saat 12.00-da isə bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmi, avtomobil və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə