DTX-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Xidmətin əməkdaşları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Bu barədə SİA Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumat verir.

Xidmətin şəxsi heyəti adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulmuşdur.

DTX-nin akt zalında davam edən anım tədbiri şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Dövlət himni səsləndirilib.

Tədbirin sonunda Azərbaycanın qəhrəman övladlarının şücaət və igidlik nümunələrindən bəhs edən sənədli film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə