Deputatlarımız Bolqarıstan Parlamentində görüşlər keçirib

Milli Məclisin deputatları “Azərbaycan–Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu” nun sədri Rauf Əliyev Dostluq Qrupunun üzvləri Ağacan Abiyev və Sabir Hacıyev Bolqarıstanda rəsmi səfər çərçivəsində Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisində “Gənclər və İdman məsələləri” və “Əmək, sosial və demoqrafik siyasət” komitələrində görüşlər keçiriblər. SİA-nın verdiyi məlumata görə, görüşlər zamanı iki ölkə arasında idman, gənclər siyasəti, turizm, mədəniyyət və digər sahələrdə qarşılıqlı əlaqələrin mövcud vəziyyəti, inkişaf perespektivləri müzakirə edilib, eyni zamanda əmək, sosial və demoqrafik siyasət sahəsində mövcud qanunvericilik barəsində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə