Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzində çalışan xadimənin aylıq vəzifə maaşlı 125 manatdan 130 manata qaldırılıb. SİA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edib.

Atatürk Mərkəzinin xidməti otaqları yığışdıran işçinin də aylıq vəzifə maaşı 116 manatdan 130 manata qaldırılıb. Eyni zamanda Atatürk Mərkəzinin arxivçi-kitabxanaçı və təsərrüfat müdirinin maaşı 135 manatdan 150 manata, kompüter operatoru və katibənin maaşı 120 manatdan 135 manata qaldırılıb.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...