20 Yanvar hadisələri tariximizin qəhrəmanlıq səhifəsidir

Yanvarın 17-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu vurğulayıb. Bildirib ki, 20 Yanvar hadisələri faciəvi olsa da milli dövlətçiliyimizin bərpasında və milli dövlətçiliyimizə gedən yolda xüsusi xarakter daşıyır.

Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verildiyini söyləyən alim dahi liderin faciə zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...