Doğulan oğlanların sayı qızlardan çoxdur

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-noyabr aylarında ölkə üzrə 132002 doğulan körpə qeydə alınıb. SİA-nın məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub.

Məlumata görə, körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə