Universitetlə nazirlik arasında memorandum imzalandı

Bu gün Bakı Dövlət Universitetində (BDU) bu ali məktəb ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə sosial müdafiə sisteminin möhkəmləndirilməsindən, sosial qanunvericilik bazasının təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

S.Müslümov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, BDU ilə əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.

Sonra iki qurum arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə